Evdən pul və zinət əşyaları oğurlayan şəxs saxlanıldı

8 Yanvar 2020 18:45

Evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Salamov saxlanıldı.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ 43-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 28-də Binəqədi rayonu ərazisindəki evlərin birindən 7500 manat və 1800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Salamov saxlanılıb.

Milli.Az