İrandan daha bir həyəcanlı xəbər gəldi

8 Yanvar 2020 13:29

Bu gün səhər saatlarında İranda nüvə stansiyasının yerləşdiyi ərazidə zəlzələ baş verib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, zəlzələ Buşehr əyalətində, səhər saat 5 radələrində, yerin 10 km. dərinliyində qeydə alınıb.
Yeraltı təkanın gücü ocaqda 5 bala yaxın olub.

Zəlzələnin hiss edilmə gücü isə 4,7 bal olub.

Yeraltı təkanlar əhali tərəfindən təşvişlə qarşılanıb.

Hələlik dağıntı və insan ölümü barədə məlumat verilməyib.

Milli.Az