İran hökuməti SEPAH-a təşəkkür etdi

8 Yanvar 2020 14:10

İran hökuməti uğurlu əməliyyat keçirdiyi üçün İran İslam İnqilabı Keşikçilər Korpusu SEPAH-a təşəkkür edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Əli Rəbii mətbuat konfransında deyib.

Ə.Rəbii bildirib ki, İran müharibə tərəfdarı deyil, lakin bu cavab İranın qanuni haqqı idi. O əlavə edib ki, qarşı tərəf reaksiya göstərərsə, qarşılıqlı addım atılacaq.

Milli.Az