Azərbaycan XİN İranda baş verən təyyarə qəzası ilə bağlı başsağlığı verib

8 Yanvar 2020 13:02

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukrayna təyyarəsinin İranda qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

Milli.Az Trend-ə stinadən xəbər verir ki, bununla bağlı XİN-in "Twitter" səhifəsində mətn dərc edilib.

Başsağlığında deyilir: "Bu xəbəri eşitmək çox kədərli idi... Ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk".

Milli.Az