Ötən il Böyük Britaniyada anomal isti hava nəticəsində 900 nəfər ölüb

8 Yanvar 2020 21:26

Ötən il anomal isti hava nəticəsində Böyük Britaniyada 900 nəfər ölüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Britaniyanın İctimai Səhiyyə təşkilatı iyulun 21-28-də isti hava dalğasının ölümcül nəticələrə səbəb olduğunu açıqlayıb.

İyulun 25-də Böyük Britaniyada havanın temperaturu 38,7 selsiyədək yüksəlib. Bu, ölkə ərazisində qeydə alınan ən yüksək temperatur olub.

İkinci anomal isti hava dalğası avqustun sonunda baş verib.

Milli.Az