Mahir Emreli “Fənərbağça”nın hədəfində

8 Yanvar 2020 12:07

Bir müddət əvvəl adı "Trabzonspor"la yanaşı çəkilən "Qarabağ"ın futbolçusu Mahir Emreli Türkiyənin daha bir klubunun maraq dairəsindədir.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "Fənərbağça" 22 yaşlı futbolçunun xidmətində maraqlıdır. Bu barədə Türkiyənin "Fanatik" nəşri məlumat yayıb. Xəbərdə mövsümün əvvəlində iranlı Allahyar Sayyadmaneşi transfer edən İstanbul klubunun növbəti hədəfinin Mahir olduğu bildirilib.

Cari mövsümdə 25 oyunda iştirak edən Mahir, 7 qol, 6 məhsuldar ötürməylə yadda qalıb.

Milli.Az