"Twitter" Venesuela Mərkəzi Bankının hesabını bağlayıb

8 Yanvar 2020 12:16

Venesuelanın Mərkəzi Bankının "Twitter" hesabı sosial şəbəkənin administrasiyası tərəfindən bağlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Mərkəzi Bankın səhifəsinə girərkən sosial şəbəkənin istifadəçilərinə hesabın fəaliyyətinin dayandırıldığı bildirilir.

Mərkəzi Bankın və ölkə hakimiyyətinin nümayəndələri hələki bunu şərh etməyiblər.

Milli.Az