SEPAH-ın istifadə etdiyi raketlər ballistik “Fateh” raketləri olub

8 Yanvar 2020 10:18

İranın İraqda Eynül-Əsəd hərbi bazasına atdığı raketlər ballistik "Fateh" raketləri olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu haqda İranın Fars informasiya agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, İraqın Eynül-Əsəd bazasına yaxın olduğuna görə, bu raketlər İranın qərbində yerləşən Kirmanşah vilayətindən (məsafə 430 kilometr) atılıb.

İstifadə olunan raketlər "Fateh-313" növündən olub və bu raketin radiusu 500 kilometrdir.

Sözügedən raketlərin çəkisi 3220 kq, uzunluğu 8,8 metr, qalınlığı isə 61 santimetrdir.

"Fateh" ballistik raketlərinin hədəfi dəqiq vurduğu bildirilir.

Milli.Az