"Fənərbağça" "Ayntraxt"ın futbolçusunu icarəyə götürür

8 Yanvar 2020 20:34

"Fənərbağça" Almaniyanın "Ayntraxt" klubunun müdafiəçisi Simon Faletlə anlaşıb.

Milli.Az "RMC Sport"a istinadən xəbər verir ki, qvineyalı futbolçu İstanbul klubunda icarə əsasında çıxış edəcək.

"Sarı-lacıvərdlilər" 27 yaşlı stopperi mövsüm sonuna qədər icarəyə götürüb.

Qvineya millisində 8 oyun keçirmiş futbolçu 2017-ci ildə "Mets"də Frankfurt klubuna keçib.

Milli.Az