5-ci mərtəbənin divarında gəzən uşağı görənlər dəhşətə gəlir - VİDEO - FOTO

8 Yanvar 2020 11:13

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, İspaniyanın Kanar adalarının ən böyük və ən nüfuzlu adası olan Tenerifdə çəkilən görüntülərdə azyaşlı uşağın 5-ci mərtəbənin eyvanı ilə pəncərəsi arasında, ensiz yerdə gəzməsi əks olunub.

Uşağın ora necə çıxması, adı və yaşı barədə məlumat yoxdur.

Həmin anın görüntüləri Facebook-da yayılıb.

Milli.Az sözügedən görüntüləri təqdim edir:

İsmayıl
Milli.Az