Mançester derbisində "mavilər" sevindi - VİDEO - FOTO

8 Yanvar 2020 11:04

İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Milli.Az xəbər verir ki, "Mançester Yunayted" "Old Trafford"da "Mançester Siti"ni qəbul edib. Mançester derbisi "mavilər"in 3:1 hesablı qələbəsiylə başa çatıb.

"Mançester Yunayted" - "Mançester Siti" - 1:3
Qollar:
Markus Reşford, 70 - Bernardo Silva, Riyad Mahrez, Andreas Perreyra, 39 (avtoqol)

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü yanvarın 29-u keçiriləcək.

Milli.Az