Papua - Yeni Qvineyada güclü zəlzələ baş verib

8 Yanvar 2020 09:15

Papua - Yeni Qvineyada 6 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dınizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 19 min nəfər olan Kimbe şəhərindən 114 kilometr şimal-şərqdə, ocağı isə 150 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az