Yük avtomobili yanıb

8 Yanvar 2020 07:58

Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində "KamAZ" markalı yük avtomobilinin qoşqusunun yanar hissələri və qoşquya yığılan 4 ton ot bağlamasının 1 tonu yanıb.

Fövqəladə Hallaq Nazirliyindən Milli.Az-a verilən məlumata görə, avtomobil və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az