ABŞ Yaxın Şərqdəki qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirib

7 Yanvar 2020 23:29

Yaxın Şərqdə olan ABŞ hərbi qüvvələri və "Patriot" RƏM kompleksləri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "CNN" telekanalına ABŞ rəsmisi bildirib.

Onun sözlərinə görə, təhdidləri əvvəlkindən daha yaxından izləmək lazım olduğuna dair təlimat verilib.

Digər mənbə bildirib ki, bölgədəki bütün "Patriot" batareyaları və hərbi qüvvələr yüksək döyüş hazırlığı vəziyyətindədir.

Milli.Az