Bakıda mənzildə kişi meyiti aşkarlanıb

7 Yanvar 2020 23:03

Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Səmədov Eldar Arif oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az