Göygöldə “VAZ” yanıb

7 Yanvar 2020 22:28

Göygöl rayonunun Yeni Qızılca qəsəbəsində "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az