Ərdoğan və Conson Suriya və Liviya məsələlərini müzakirə ediblər

7 Yanvar 2020 21:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın baş naziri Boris Conson arasında telefon danışığı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, telefon danışığı zamanı tərəflər ABŞ və İran arasındakı gərginlik, o cümlədən Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.

Qeyd edilir ki, tərəflər arasında regional və beynəlxalq gündəmin digər məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Milli.Az