YPX Alayının komandiri də vəzifəsindən azad edildi

7 Yanvar 2020 18:06

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəis müavini, YPX Alayının komandiri, polis polkovniki Əhədov Balakişi Əhməd oğlu vəzifəsindən azad olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, B.Əhmədov yaş həddinə görə təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur

Milli.Az