Pakistanda qırıcı qəzaya uğradı: 2 pilot öldü

7 Yanvar 2020 18:50

Pakistanın şimalındakı Pəncab əyalətində Hərbi-Hava Qüvvələrinə məxsus F-7PG qırıcısı qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində hər iki pilot həlak olub.

Təyyarənin təlim uçuşu keçirdiyi bildirilib. Hadisənin səbəbləri Pakistan Müdafiə Nazirliyinin xüsusi komissiyası tərəfindən araşdırılır.

Milli.Az