Rozanın qızı Musiqili Teatrda işə başladı

7 Yanvar 2020 17:36

Müğənni Roza Zərgərlinin qızı Bənövşə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Bənövşə bir müddətdir sözügedən sənət ocağında işə başlayıb.

Qeyd edək ki, Bənövşə rejissor Nadir Maçanovun yeni filmində aktrisa kimi rol alıb. O, eyni zamanda ekran işinin soundtrəkini oxuyub. Bənövşə vokal ifaçısıdır.

Milli.Az