"Liverpul"un yeni sponsoru bilindi

7 Yanvar 2020 20:50

"Liverpul" Nike şirkəti ilə əməkdaşlığa başlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Liverpul"un Nike ilə əməkdaşlığı 2020/21 mövsümündən etibarən qüvvəyə minəcək. Tərəflər arasında imzalanan müqavilənin detalları isə açıqlanmayıb.

Qeyd edək ki, Mersisayd təmsilçisinin hazırkı sponsoru "New Balance"la müqaviləsi mövsümün sonunda bitir.

Milli.Az