“Gecələr əhvalımı soruşmağı yığışdırın” - Zümrüd kişilərdən gileylənir - FOTO

7 Yanvar 2020 15:31

Aktrisa Zümrüd Qasımova sosial şəbəkədə ona dostluq atanlardan gileylənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu barədə Facebook-da yazıb.

"Dostluq göndərirsiniz, qəbul edirəm. Deyirəm ki, sənət adamıdır, musiqiçidir, şairdir, rəssamdır və sairə. Tanımasam da, eyni sahədnin adamlarıyıq. Amma gecənin bir vaxtı gic-gic "salam" yazmaqları, əhvalımı soruşmağı yığışdırın. Sizə nə? İstəsən səhərədək sosial şəbəkədə olaram. Gecənin bir vaxtı yazan əks cinsin nümayəndələri, kimliyindən asılı olmayaraq "bloka" gedirsiniz. Evdəkilərə "salam" deyin".

Milli.Az