Müxalifətçilər generalı girov götürdü
16 Aprel 2010 14:18
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, günlərdir davam edən gərginlik bu gün bir qədər də artıb. Nümayişçilər iki yüksək rütbəli polis məmurunu girov götürüb. Bu, Banqkokda asayiş keşikçilərinin mühasirəyə aldığı mehmanxananın qarşıısnda baş verib. Müxalifətçilərin toplaşdığı mehmanxananı mühasirəyə alan polis nəticədə 2 yüksək rütbəli məmurunu "itirib". Onlardan biri general-mayor, digəri polkovnikdir.
Müxalifət liderləri bildirir ki, polislərin girov götürülməsinə səbəb nümayişçilərin təhlükəsizliyinə zəmanət almaqdır.
Milli.Az