ABŞ strateji bombardmançıları İranın yaxınlığına yerləşdirir

7 Yanvar 2020 15:04

ABŞ hökuməti B-52 strateji bombardmançı təyyarələrini Luiziana ştatındakı aviabazadan Hind okeanında yerləşən Dieqo Qarsiya adasına keçirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu qərar ABŞ-la İranın münasibətlərinin gərginləşməsi fonunda qəbul edilib.

ABŞ Müdafiə Nazirliyi öz növbəsində mətbuatın bu iddiasını təkzib etməyib.

Bundan başqa, ABŞ-ın Yaxın Şərqə daha 200 hərbçi göndərəcəyi bildirilir.

Milli.Az