"O klubları heç vaxt çalışdırmaram" - Qvardiola

7 Yanvar 2020 19:15

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola heç vaxt çalışdırmağı düşünmədiyi klubların adlarını açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu klublar "Mançester Yunayted" və "Real"dır.

"Mançester Siti"nin baş məşqçisi olduqdan sonra  "Mançester Yunayted"i də çalışdırmaram. "Barselona"da işlədiyim üçün də "Real"ın baş məşqçisi olmazdım" - deyə təcrübəli mütəxəssis bildirib.

Qeyd edək ki, 2013-cü ildə Ser Aleks Fergüssonun "Mançester Yunayted"dən getdikdən sonra Qvardiolanın adı bu klubla hallansa da, o, yekunda "Bavariya" ilə razılığa gəlmişdi.

Milli.Az