"Tobol" Qazaxıstan çempionatında yeni mövsümün hazırlıqlarına start verib.
Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, Qriqori Babayanın çalışdırmağa başladığı komanda bu gün Qətərə yollanacaq.
Erməni sükançınının ərəb ölkəsinə aparacağı heyətdə Emil Balayev da var. Babayanin təyinatından sonra "Tobol"dan ayrılması gündəmə gələn millimizin qapıçısı yanvarın 27-dək davam edəcək təlim-məşq toplanışında yer alacaq.
Milli.Az