ABŞ İranın XİN rəhbərinə viza verməkdən imtina edib

7 Yanvar 2020 09:33

ABŞ BMT TŞ-nın iclasına getməyə hazırlaşan İranın XİN rəhbəri  Məhəmməd Cavad Zərifə viza verməkdən imtina edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" ABŞ Administrasiyasına istinadla xəbər verib.

Bildirilir ki, yeni qərar İran İnqilabı Keşikçiləri Korpusunun "Əl-Qüds" xüsusi bölməsinin generalı Qasım Süleymaninin amerikalı hərbçilər tərəfindən öldürülməsindən sonra iki ölkə arasında yaranan gərginliklə əlaqədar verilib.

İclas Nyu-Yorkda yanvarın 9-na təyin olunub.

Milli.Az