"Chevron" şirkəti işçilərini İraqdan çıxarıb

7 Yanvar 2020 09:16

Neft və qaz şirkəti "Chevron" ABŞ vətəndaşı olan işçilərini İraqdan çıxarıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə CNN teleşirkəti bildirib.

Məlumata əsasən, bu cür addım Yaxın Şərqdəki vəziyyətin pisləşməsi fonunda "ehtiyat tədbiri" olaraq atılıb:

"İşçilərimizin və obyektlərimizin təhlükəsizliyini təmin etmək Chevron şirkəti üçün əsas prioritetidir".

Bununla yanaşı, şirkət nümayəndəsinin açıqlamasında İraqdan təxliyə olunan amerikalı işçilərin dəqiq sayı göstərilmir.

Milli.Az