"Qalatasaray" Almaniya klubunun futbolçusunu transfer etdi - FOTO

7 Yanvar 2020 09:24

"Qalatasaray" "Leyptsiq"in sol cinah müdafiəçisi Marselo Saraççini heyətinə qatıb.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 21 yaşlı futbolçunu 1,5 illik icarəyə götürüb. "Sarı-qırmızılar" bu keçid üçün 500 min avro təzminat ödəyib. Futbolçu bu müddət ərzində 2,5 milyon avro maaş alacaq.

"Leyptsiq" uruqvaylı futbolçunu 2018-ci ildə "River Pleyt"dən 12 milyon avroya transfer etmişdi.

Milli.Az