"Real"ın iki futbolçusu birdən zədələndi

7 Yanvar 2020 08:53

"Real"ın iki futbolçusu birdən zədələnib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bunlar Qaret Beyl və Kərim Benzemadır. Onların bərpa müddəti dəqiqləşməyib. Ancaq hər iki oyunçunun İspaniya Superkubokunu buraxacağı bildirilib.

Qeyd edək ki, Superkubok 8-12 yanvar tarixlərində Səudiyyə Ərəbistanında keçiriləcək.

Xatırladaq ki, bundan əvvəl Eden Hazardın turniri buraxacağı açıqlanmışdı.

Milli.Az