Bakıda qadını avtomobil vurub

7 Yanvar 2020 08:23

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı yaşlı qadın xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Dövlət Bayrağı Meydanının yaxınlığında baş verib.

99-TZ-948 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Nəzərova Nəzifə Məhərrəm qızını vurub.

Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona boyunun əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az