Nigeriyanın şimal-şərqində baş verən partlayış nəticəsində ən az 30 nəfər ölüb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Reyter" agentliyi mənbələrə istinadən bildirib.
Məlumata əsasən, partlayış yerli vaxtla saat 17:00-da Nigeriya Borno ştatının Qamboru şəhərində körpüdə baş verib.
Şahidlərin sözlərinə görə, daha 35 nəfər yaralanıb və yerli xəstəxanaya aparılıb.
Hazırda partlayışa görə heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib.
Milli.Az