Peruda ağır yol qəzası baş verib - 14 ölü, 50 yaralı

6 Yanvar 2020 19:10

Perunun cənubunda avtobusun iştirakı ilə baş verən yol qəzasında ən az 14 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Andina" agentliyi bildirib.

Qəza "Panamericana Sur" magistral avtomobil yolunda baş verib. Limadan Arekipaya (eyni adlı bölgənin mərkəzi) gedən avtobus idarəetməni itirərək 3 kiçik furqon ilə toqquşub.

Avtobusda 42 sərnişin olub. Ümumilikdə xəsarət alan 48 nəfər yerli xəstəxanalara çatdırılıb.

Milli.Az