Liviyada hərbi akademiyaya raket atıldı: 30 kursant öldü - VİDEO

6 Yanvar 2020 18:50

Liviyanın paytaxtı Tripolidə yerləşən hərbi akademiyaya havadan zərbə endirilib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, Hadbe rayonundakı akademiya hücumu general Xəlifə Həftərin aviasiyası təşkil edib.

Avia zərbə zamanı 30 nəfər həlak olub, 33-ü isə yaralanıb.

Qeyd edək ki, Türkiyə rəhbərliyi Liviyanın Milli Razılıq Hökumətinin köməyinə "elit əsgərlər"ini göndərib.

Bu hərbçilər hava hücumuna qarşı müdafiə və radarların səsinin batırılması üzrə ixtisaslaşdırılıblar.

Milli.Az