“Müğənnilikdən pul qazanmıram” - Natavan Həbibi

6 Yanvar 2020 16:08

Toy tutmaq üçün oxumuram, amma hərdən istəyirəm ki, edim. Çünki nə qədər tədbirlər, reklamlar olsa da, baxırsan ki, qoyduğun vəsaitin, işin qarşılığında daha çox pul qazanmalı idim.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri AzTV-də yayımlanan "Telesəhər Ell və Nikki ilə" verilişində müğənni Natavan Həbibi deyib.

İfaçı sənətinə çox pul xərclədiyini bildirib:

"Mən özümdən danışıram. Bu sənətdən pul qazanmıram. Ancaq cibimdən pul qoyub mahnı alıram, aranjiman alıram. Kliplərə, geyimlərə pul xərcləyirəm. Şou-biznesdə məni toy biznesindən uzaqlaşdırıblar".

Milli.Az