Gənc qıza araq içmək qanunla qadağan olundu
16 Aprel 2010 14:43
Milli.Az utro.ru saytına istinadən xəbər verir ki, gənc Lora Holla spirtli içki almaq və qəbul etmək qanunla qadağan edilib. O, Böyük Britaniyada bu qadağa ilə üzləşmiş ilk şəxsdir. Qanun İngiltərə və Uels ərazisində qüvvədədir.
Qeyd edək ki, 20 yaşlı qız bunadək də müəyyən qadağalar çərçivəsində yaşayırdı. Ona spirtli içkilərin qəbul edildiyi obyektlərə baş çəkməyə də icazə verilmir. Bu tələbin pozulması halında Holl 4 min dollar cərimə ödəməli olacaq.
Milli.Az