“Elə xanımlar seçirdim ki, …” - Evli qadınlarla oxuyan Səməd Səmədov - VİDEO - FOTO

6 Yanvar 2020 14:40

ARB TV-nin "Söhbət var" verilişinin növbəti qonağı xalq artisti Səməd Səmədov olub.

Milli.Az xəbər verir ki, sənətçi duet ortaqları haqqında maraqlı açıqlamalar edib:

"Özünü necə aparırsan apar, istər-istəməz duet ortaqları haqqında şayiələr olur. Nə etsən də danışan elə danışacaq. Fikir vermisinizsə, mənim duet ortaqlarım həmişə ailəli xanımlar olub. Ruhəngiz Allahverdiyeva ilə ailəvi dostluğumuz olub. Bəsti və Sevda xanımla da, həmçinin. Özümə elə xanımlar seçirdim ki, söz-söhbət olmasın".

Milli.Az