Bu qidaları əsla SOYUDUCUDA SAXLAMAYIN - Əks halda...

29 Mart 2020 23:39

Hər dəfə bazarlıq paketləri ilə birgə mətbəxə girərkən ərzaqları yerbəyer edirik. Bəhs edəcəyimiz məhsulları bilmədən eyni qaydada soyuducunun alışdığımız köşəsinə qoyuruq. Bu isə onların vaxtından tez xarab olmasına, dadını itirməsinə gətirib çıxarır. Ən çox zərər çəkən isə həm büdcəmiz, həm də damaq dadımız olur.

Milli.Az soyuducuya qoyulması qadağan olunan ərzaqların siyahısını təqdim edir.

Yerkökü və kartof

Bu tərəvəzlər soyuq və rütubəti sevmir. Soyuducuda saxlasanız daha tez yumşalıb, sərtliyini itirə bilər. Odur ki, onları sərin və qaranlıq yerdə saxlamaq daha məqsədəuyğundur.

Soğan

Soğanı soyuducuya qoyanların sayı az olsa da, var. Unutmayaq ki, rütubət soğanın birinci və ən böyük düşmənidir. Tərəvəzi qaranlıqda saxlasanız tərkibini daha gec itirər. Çünki işıq onun dadına mənfi təsir edir. Hətta soyuducudan kənarda kartofla soğanı birgə saxlamayın. Kartof öz ətrafında rütubət yaradır ki, bu da soğanın daha tez yumşalmasına səbəb olur.

Sarımsaq

Soyuqdan ən çox qorxan tərəvəz sarımsaqdır. Onu quru və tez-tez havalandırılan yerdə saxlamaq gərəkdir.

Pomidor

Bu tərəvəz istisevəndir. 0-a yaxın temperaturda onlar öz ətrini itirir. Nişastalı tərkib alıb, kəsilmiş kartofu xatırladır. Onu otaq temperaturundan bir az aşağı dərəcədə saxlamaq lazımdır. Bu, otağın hava axını daha çox gələn nöqtəsi ola bilər.

Badımcan

Badımcan və pomidorun tərkibi bənzər olduğundan, o da soyuducunu sevmir. Badımcan soyuducuda daha tez yumşalır və üzərində qara ləkələr yaranır.

Ekzotik meyvələr

Tropik meyvələri otaq temperaturunda, kağıza bükülmüş şəkildə saxlamaq daha məqsədəuyğundur. Soyuq temperaturda onlar, digər ərzaqlar üçün zərərli olan qaz ifraz etməyə başlayırlar.

Banan

Bu meyvənin qabığı soyuducuda daha tez qaralır. Dadında isə dəyişiklik baş vermir.

Alma və armud

Bu meyvələr açıq və bir az da sərin məkanı sevir. Almaları payız fəslində eyvanda qutulara qoyub, saxlaya bilərsiniz ki, ətrafında hava dövr etsin. Soyuqlar başlayan kimi, qutuları evə daşıyın.

Zeytun yağı

Bu yağ soyuducuda daha tez durulaşır və dibində ağ çöküntü yaranır. Bu səbəbdən də, yağın faydalı xüsusiyyətləri azalır. Odur ki, ona da mətbəxin bir rəfində yer ayırın.

Bal

Bal soyuq temperaturda öz müalicəvi xassələrini, həmçinin əsl dadını itirir. Balı otaq temperaturunda saxlamaq lazımdır. (publika.az)

Milli.Az