"Qalatasaray"ın baş məşqçisi Fatih Terim klub prezidenti Mustafa Cengizin "Arda Turan gündəmimizdə deyil, olmayacaq da" sözlərinə münasibət bildirib.
Milli.Az sportal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis prezidentin Arda ilə bağlı dediklərini düzgün hesab etməyib:
"Təbii ki, mən o cümləni deməzdim. Əgər bir oyunçu "Qalatasaray"a xidmət edibsə, bu klubun akademiyasından çıxıbsa və gedərkən bizə pul qazandırıbsa, bu cümləni səsləndirməkdən imtina edərdim. Arda olsun və ya başqası, fərqi yoxdur. Prezidentimiz elə deyib, amma mən o sözləri işlətməzdim. Başımın üstündə Allah var. Arda bir dəfə deməyib ki, alın bu müqavilə kağızını, "Qalatasaray"a gəlim. Belə istəyi heç vaxt olmayıb. Mən də kimdənsə alınmasını tələb etmədim. Ancaq zaman hər şeyin əlacıdır".
Milli.Az