Merkel Türkiyəyə səfər edəcək

6 Yanvar 2020 00:04

Almaniya Kansleri Angela Merkel yanvarın 24-ü Türkiyəyə səfər edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, səfər çərçivəsində Kansler Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bildirilir ki, görüş zamanı tərəflər miqrasiya böhranını, Suriya və Liviyadakı son hadisələri müzakirə edəcəklər.

Milli.Az