Ekvadorda avtobus dərəyə aşıb: 5 ölü, 7 yaralı

5 Yanvar 2020 22:21

Ekvadorun şimalında sərnişin avtobusu dərəyə aşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 5 nəfər həlak olub, 7 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.

Qeyd edilir ki, hadisə yerində xilasedicilər işləyir.

Milli.Az