İrana müalicəyə gedən 4 azərbaycanlı qəzada öldü

5 Yanvar 2020 21:44

İranda yol-nəqliyyat hadisəsi nəticəsində dörd Azərbaycan vətəndaşı ölüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə Ərdəbil şəhərində qeydə alınıb.

Ölənlərin ikisi İrana müalicə məqsədi ilə gedən Biləsuvarın Çaylı kənd sakinləri olan ər-arvad - 1956-cı il təvəllüdlü Mürşüd Kərimov və 1961-ci il təvəllüdlü Müşkünaz Kərimovadır.

Digər iki nəfərin şəxsiyyəti hələlik məlum deyil.

Milli.Az