Tomasson "Malmö"də

5 Yanvar 2020 21:07

Danimarka millisinin sabiq üzvü Yon Dal Tomassonun yeni iş yeri məlum olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis İsveçin "Malmö" klubunu çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tomasson bu vəzifədə almaniyalı Uve Rösleri əvəz edib.

Qeyd edək ki, ötənlərin məşhur futbolçusu buna qədər  Niderlandın "Ekselsior" və "Roda" klublarında baş məşqçi, Danimarka millisində isə köməkçi məşçi kimi işləyib.

Milli.Az