"Rabitə" beynəlxalq turnirdə iştirak edəcək

22 Noyabr 2011 19:44
Dekabrın 27-29-da İsveçrənin Bazel şəhərində qadın voleybol komandaları arasında "Top Volley" beynəlxalq turniri keçiriləcəkdir.

AzərTAc xəbər verir ki, turnirdə Bakının "Rabitə" komandası da birincilik uğrunda mübarizə aparacaqdır.

Turnirdə "Unilever Rio de Janeiro" (Braziliya), "Volero Zurich" (İsveçrə), "Racing Club de Cannes" (Fransa) və "Severstal Cherepovets" komandaları (Rusiya) iştirak edəcəklər.

Milli.Az