İlin qeydiyyata alınan ilk körpəsinin adı məlum oldu

5 Yanvar 2020 18:28

Bu ilin ilk günlərində doğulan uşaqlardan birinin adı rəsmi qeydiyyata düşüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Ədliyyə Nazirliyinin rəsmi saytında qeydiyyata alınan ilk uşağın adı Cəlal olub.

Qeyd edək ki, 2020-ci ilin ilk körpəsi dörd nömrəli doğum evində anadan olub.  1 yanvar saat 00:48-də Ucar rayon Qazıqumlaq kənd sakini Rəşidə Qarayeva qız uşağı dünyaya gətirib.

Milli.Az