Van Bronxorstun yeni iş yeri müəyyənləşdi

5 Yanvar 2020 14:01

Covanni van Bronxorstun yeni iş yeri müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis Çinin Guandzhou klubunu çalışdıracaq. Bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Van Bronxorst "Guandzhou"da istefa verən serbiyalı mütəxəssis Draqan Stoykoviçi əvəz edib.

Qeyd edək ki, son olaraq 2015-2019-cu illər aralığında "Feyenoord"u çalışdırmış Van Bronxort bu komanda ilə ölkə çempionu olub, kubok qazanıb. "Guandzhou" isə geridə qalan mövsümdə 32 xalla 12-ci yeri tutub.

Milli.Az