"Antalyaspor"un yeni baş məşqçisi bilindi

5 Yanvar 2020 12:23

"Antalyaspor"un yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Tamer Tuna təyin edilib. Onunla 1.5 illik müqavilə imzalanacaq. 43 yaşlı mütəxəssis istefaya göndərilən Stepan Toması əvəzləyib.

Qeyd edək ki, Tuna son olaraq "Göztepe"ni çalışdırıb.

Milli.Az