Süleymaninin nəşi İrana gətirildi - FOTO

5 Yanvar 2020 11:51

ABŞ-ın hücumu nəticəsində İraqda öldürülən general Qasım Süleymaninin nəşi İrana gətirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təyyarə artıq Əhvaz şəhərinə enib. Süleymani ilə vida mərasimi İranın bir neçə şəhərində keçiriləcək. Daha sonra isə general Kirmanda dəfn olunacaq.

Xatırladaq ki, yanvarın 3-də ABŞ-ın Bağdad hava limanı yaxınlığındakı əraziyə raket zərbələri nəticəsində Qasım Süleymani öldürülüb.

Milli.Az