"Barselona" qələbəsini qoruya bilmədi

5 Yanvar 2020 09:47

Futbol üzrə İspaniya çempionatının 19-cu turunda səfərdə "Barselona" "Espanyol" ilə heç-heçə oynayıb.

Milli.Az bildirir ki, oyun 2:2 hesabı ilə bitib.

"Espanyol"un heyətində qolları David Lopes (23-cü dəqiqə) və U Ley (88) vurub. "Barselona"dan Luis Suares (50) və Arturo Vidal (59) fərqləniblər.

75-ci dəqiqədə ikinci sarı vərəqəni Hollandiyalı yarımmüdafiəçi Frenki de Yong alıb.

Milli.Az