Türkiyədə zəlzələ olub

5 Yanvar 2020 09:23

Türkiyənin Yalova vilayətində 3,1 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 20:13-də qeydə alınıb.

Zəlzələnin ocağı 10,7 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az